Dağlarda 10 dərəcə şaxta olacaq
Ermənistanda Rusiya hərbçisi ölüb
18 yaşlı oğlan qonşusunu boğub öldürdü
Tramp özünə yeni məşğuliyyət tapacaq
Zərifdən Baydenə çağırış
“Facebook”un işində problemlər yaranıb
Sabaha gözlənilən hava açıqlandı
Dərslər həftə üzrə belə keçiriləcək
Bakıda silahlı şəxslər tutuldu - Video
Bakıda yataqxanada yanğın olub


13.01.2021  14:57 

Bu mallar 2 il rüsumdan azad edildi





A+  A-

Vaksinlər, onların şprisləri və neft emalı zavodunun modernləşdirilməsi üçün zəruri mallar rüsumsuz idxal olunacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilir ki, ölkə iqtisadiyyatının neft məhsullarına artmaqda olan tələbatını tam ödəmək, Avropa ekoloji standartlarına uyğunlaşdırılaraq daha yüksək keyfiyyətə malik neft məhsullarının istehsal edilməsi məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası işləri həyata keçirilməkdədir. Həmin layihə çərçivəsində xərclərin optimallaşdırılması məqsədilə vergi və gömrük sahəsində bir sıra tədbirlər görülüb.

Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına və 2021-ci il dekabrın 31-dək Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar gömrük rüsumlarından azad olunub.

Hazırda Zavodun modernizasiyası işlərinin davam etdiyini və layihənin maliyyə yükünün artırılmasının zəruriliyini nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş bu Qərarla gömrük rüsumlarından azadolma müddəti əlavə 1 il artırılır.

Bundan başqa, koronavirus (COVID-19) pandemiyasının insan həyatına və sağlamlığına mümkün təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı - 2021-ci il yanvarın 1-dən 2 il müddətinə rüsumdan azad edilib.

Xəbər 1592 dəfə oxunub.




23.01.2021  13:26 

Dağlarda 10 dərəcə şaxta olacaq

23.01.2021  10:43 

Zərifdən Baydenə çağırış

22.01.2021  15:23 

Bu da Qarğabazar kəndi - Video


BÜTÜN XƏBƏRLƏR +