Dağlarda 10 dərəcə şaxta olacaq
Ermənistanda Rusiya hərbçisi ölüb
18 yaşlı oğlan qonşusunu boğub öldürdü
Tramp özünə yeni məşğuliyyət tapacaq
Zərifdən Baydenə çağırış
“Facebook”un işində problemlər yaranıb
Sabaha gözlənilən hava açıqlandı
Dərslər həftə üzrə belə keçiriləcək
Bakıda silahlı şəxslər tutuldu - Video
Bakıda yataqxanada yanğın olub


13.01.2021  12:14 

Maska taxmayanlar şöbəyə aparılır? - DİN-dən tövsiyə





A+  A-

Feysbuk sosial şəbəkəsində İmamət İsmayılova adlı şəxs polisin onun qonşusunu əsassız bölməyə apararaq protokol yazması barədə ittihamlar səsləndirməsi müzakirəyə səbəb olub.
XəzərNews.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxslə əlaqə saxlanılaraq, məlumat dəqiqləşdirilib. Məlum olub ki, İ.İsmayılovanın qonşusu Aydın Məmmədov Suraxanı rayon ərazisində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyinə görə barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tərtib olunan inzibati xəta haqqında protokol tam əsaslıdır, hər hansı hüquq pozuntusu yoxdur.

Tövsiyə edirik ki, sosial şəbəkə istifadəçiləri polis haqqında hər hansı məlumatı tirajlayarkən diqqətli olsunlar. Çünki sosial şəbəkələrdə “fakt” kimi təqdim olunan, feyk xəbərlər dəqiqləşdirilməklə yoxlanılır. Feyk xəbərlər əsasən saxta, manipulyasiya məqsədilə yaradılan hesablarda paylaşılaraq, həqiqət kimi təqdim olunur. Buna ənənəvi mediadan fərqli olaraq sosial media istifadəçilərinin paylaşımlarında daha çox rast gəlinir.

Daxili işlər orqanlarının fəaliyyəti insanların həyat və sağlamlığının qorunmasına xidmət edir. Pademiya şəraitində vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.

Xəbər 1574 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.01.2021  13:26 

Dağlarda 10 dərəcə şaxta olacaq

23.01.2021  10:43 

Zərifdən Baydenə çağırış

22.01.2021  15:23 

Bu da Qarğabazar kəndi - Video


BÜTÜN XƏBƏRLƏR +