Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


11.01.2021  15:11 

Moskvada üçtərəfli görüş başladı - Canlı yayım





A+  A-

Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər üç ölkə liderlərinin 9 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağ bəyanatının icrasını nəzərdən keçirməyi və bölgədəki problemlərin həlli üçün gələcək addımları müzakirə etməyi planlaşdırırlar.

Həmçinin döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardım göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət ayrılacağı gözlənilir.

Qeyd olunub ki, bu, Putinin 2021-ci ildəki ilk beynəlxalq görüşüdür.

Xatırladaq ki, Rusiya Federasiyası Prezident Administrasiyasının Mətbuat xidməti yanvarın 10-da Putinin təşəbbüsü ilə danışıqların aparılmasına qərar verildiyini açıqlamışdı.



Xəbər 1992 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +