Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


08.01.2021  10:05 

İngiltərəyə giriş qaydası dəyişdirildi





A+  A-

İngiltərəyə hava, dəmir və ya dəniz yolu ilə gələn şəxslər ən geci 72 saat əvvəl edilən koronavirus testinin mənfi cavabını təqdim etməli olacaqlar.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Nəqliyyat Nazirliyinin bəyanatında deyilir.

Qurumun rəhbəri Qrant Şepps bildirib ki, hökumət bu addımı bütün dünyada, o cümlədən CAR və Danimarkada “COVID-19”a yoluxma riskini artıran koronavirusun yeni ştammının aşkar edilməsi nəticəsində atıb.

Qeyd edilir ki, tezliklə Şotlandiya, Uels və Şimali İrlandiya hökumətləri də oxşar tələb irəli sürə bilər.

Şeppsin sözlərinə görə, test cavabının mənfi olması “COVID-19”a yoluxma səviyyəsinin yüksək olduğu ölkələr siyahısından gələn sərnişinləri 10 günlük özünütəcrid dövrünə riayət etmək zərurətindən azad etmir. Bu siyahıda bir çox Avropa İttifaqı ölkələri, ABŞ, Çin və Rusiya var.

Cümə axşamı günü Böyük Britaniya hökuməti CAR-da koronavirusun yeni ştammının yayılması ilə əlaqədar yanvarın 9-dan etibarən bir sıra Afrika ölkələrindən (Namibiya, Zimbabve, Botsvana, Esvatini, Malavi, Lesoto, Mozambik və Anqola) Krallığa girişi qadağan edib.

Xəbər 2422 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +