Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib
Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


06.01.2021  15:22 

Qiymət artımı görsəniz, bu nömrələrə zəng vurun!





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlara müraciət edib.
XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, məlum olduğu kimi, Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə tarif tənzimlənməsi aparılıb və 5 yanvar tarixindən yeni tariflər tətbiq edilir.

Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq.

Tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb.

Dövlət Xidməti sahibkarların nəzərinə çatdırır ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək. Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə, toplanmış materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcək.

İstehlakçılar istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər (tel:498-15-01, 498-15-04).



Xəbər 2504 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +