Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib
Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb


23.12.2020  11:21 

Bir mənzili 2 nəfərə satan iş adamı həbs edildi





A+  A-

Bakıda bir mənzili iki nəfərə 400 min manata satan eks-şirkət direktoru cinayət məsuliyyətinə cəlb edilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadənm verdiyi xəbərə görə, “Troya LTD” MMC-nin sabiq direktoru Tağıyev Elşad Balay oğlu 2016-cı ildə Nəsimi rayonu, Q.Quliyev küçəsi 38 ünvanında inşa edilmiş yaşayış binasında 4 otaqlı, 236 kv.m sahəsi olan 38 saylı mənzili 190 min manata Ağamalıyev Xəqani Bayram oğluna satıb.

2018-ci ildə şirkətin direktoru dəyişib, E.Tağıyevin yerinə qardaşı oğlu Ceyhun Tağılı təyin edilib. Bu dəfə isə C.Tağılı eyni mənzili 188 min manata Ramid Mustafazadəyə satıb. Hazırda ev R.Mustafazadənin istifadəsindədir.

Zərərçəkən Xəqani Ağamalıyevin şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə E.Tağıyev vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham edilib.

Prokurorun təqdimatı ilə Binəqədi rayon məhkəməsi Elşad Tağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Dekabrın 21-də keçirilən növbəti prosesdə hakim Fərid Əmirəliyevin qərarı ilə E.Tağıyev ev dustaqlığına buraxılıb.

Xəbər 2762 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +