Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


18.12.2020  12:10 

Hulusi Akardan Qarabağda atəşkəsin pozulmasına reaksiya





A+  A-

“Azərbaycanın köçmək məcburiyyətində qalan 1 milyon əhalisi var, 20 min şəhidlə bu günə çatıb. Bunu kim həll edəcək? ABŞ, Fransa, Rusiya, BMT, Minsk Qrupu 30 ildir heç bir şey etməyiblər. Burada böyük bir qardaşlıq nümunəsi göstərdik, əməkdaşlıqda dəstək, məsləhət verdik və işğal olunan torpaqları azad etdilər”.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.

“Şuşanın azad edildiyi 8 noyabrı Zəfər Günü elan etdilər. 30 il davam edən işğaldan torpaqların azad edilməsini bir tərəfdən oyanış hərəkatı, digər tərəfdən isə Azərbaycan türkü ilə Türkiyənin qovuşması kimi dəyərləndirmək olar. Ərdoğan-Əliyevin rəhbərliyi altında daha əhatəli bir əməkdaşlığın təməli atıldı”, -deyə Akar qeyd edib.

Nazir ermənilərin Hadrutdakı son təxribatından da bəhs edib: “Bir qrup şəxs atəşkəsi pozmağa cəhd etdi. Azərbaycanlı qardaşlarımız lazımi cavabı verdi. Atəşkəs davam edir. Prosesləri yaxından izləyirik. Təlim sahəsində əməkdaşlığımız daha əhatəli olacaq. Türkiyədə minlərlə azərbaycanlı zabit təhsil alır. Müdafiə Sənayesindəki əməkdaşlığımız vacibdir”.

Xəbər 4149 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +