Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


18.12.2020  09:21 

Virusa yoluxan Makron 10-dan çox siyasətçi ilə nahar edibmiş





A+  A-

Fransa Prezidenti Emmanuel Makronun koronavirusa keçən həftə Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Sammitində yoluxduğu iddia edilib.
XəzərNews.az xəbər verir ki, Fransanın səhiyyə naziri Olivier Veran “France 5” kanalına açıqlamasında Prezidentin Yelisey Sarayında təşkil edilən yeməkdə yoluxmadığını söyləyib.

Veran ehtimal edir ki, Makron 10-11 dekabr tarixlərində iştirak etdiyi Liderlər Sammitində “COVID-19”a yoluxub. Nazir Makronun sammit zamanı nahar üçün böyük bir salona getdiyini bildirib.

Fransanın “Mediapart” portalı isə Makronun tez-tez karantin qaydalarını pozduğunu bildirib. Belə ki, Makronun Baş nazir Jan Kasteks və Milli Məclisdəki siyasi partiyaların millət vəkilləri ilə Yelisey Sarayında görüşdüyü yeməkdə 10 nəfərin olduğu qeyd edilib.

Məqalədə Prezidentin qaydanı pozaraq 6 nəfərdən artıq insanla bir araya gəldiyi vurğulanıb.

Yelisey Sarayı tərəfindən verilən məlumata görə, Makron əvvəlcə xəstələnib, simptomlar göründükdən sonra test vermək qərarına gəlib.

Xəbər 3624 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +