Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.12.2020  23:54 

ABŞ Çinin 14 deputatına sanksiya qoydu





A+  A-

ABŞ Honkonq məsələsi ilə əlaqədar olaraq Çinin Milli Xalq Konqresinin 14 üzvünə sanksiya tətbiq edib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sanksiyalar Honkonqun qanunverici orqan üzvlərinin istefası ilə əlaqədar qoyulub.

Məhdudiyyətlər ABŞ ərazisində siyahıya daxil olan əmlaka və bank vəsaitlərinə həbs qoyulmasını və Amerika vətəndaşları ilə biznes əlaqələrinin qurulmasını nəzərdə tutur.

Xatırladaq ki, sanksiyalarla bağlı hələ bundan əvvəl ABŞ mediasında xəbərlər yayılarkən Çinin Xarici İşlər Nazirliyi ABŞ-ı Honkonqla bağlı işlərə, Çinin daxili işlərinə qarışmamağa çağırmış, əks halda ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün əks tədbirlər görəcəyi ilə hədələmişdi.

Xəbər 3613 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +