Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


07.12.2020  17:12 

Türkiyədə saxlanılan rus jurnalistlər sərbəst buraxıldı - Yenilənib





A+  A-

Türkiyədə saxlanılan Rusiyanın “NTV” kanalının jurnalistləri sərbəst buraxılıb.
XəzərNews.az-ın xəbərinə görə, İstanbul məhkəməsi bu gün jurnalistləri həbsdən azad edib. Bu barədə “TASS” agentliyinin müxbirinə İstanbul Çağlayan Ədalət Sarayındakı bir mənbə məlumat verib.

“Baş Prokurorluqda ifadə verdikdən sonra iki rus jurnalist sərbəst buraxıldı. Onlarla birlikdə bir Türkiyə vətəndaşı da nəzarətdən azad edildi”, - deyə mənbə bildirib.

Televiziya şirkətinin mətbuat xidməti jurnalistlərin yaxın vaxtlarda Rusiyaya deportasiya ediləcəyini açıqlayıb.

“İlkin məlumata görə, yaxın vaxtlarda həmkarlarımız deportasiya olunmalıdır. Təfərrüatları dəqiqləşdiririk. Hələlik rəsmi məlumatımız yoxdur”.

Xatırladaq ki, dekabrın 4-də Rusiyanın “NTV” telekanalının müxbiri Aleksey Petruşko, operator İvan Malişkin və Azərbaycan əsilli Türkiyə vətəndaşı Aytac Carçıyeva Türkiyənin İstanbul şəhərində PUA istehsal sahələrinin icazəsiz çəkilişi zamanı saxlanılıblar.

***

“Hürriyət”in məlumatına görə, İstanbulda Pilotsuz Uçuş Aparatlarının araşdırma və istehsal mərkəzinin yerləşdiyi sahəni qanunsuz olaraq görüntülədikləri bildirilən Rusiyanın xəbər kanalında çalışan müxbir Aleksey Petruşko, operator İvan Malişkin və onlara yardım etdiyi deyilən Azərbaycan əsilli Türkiyə vətəndaşı Aytac Carçıyeva İstanbul Təhlükəsizlik Müdirliyində 4 gün davam edən dindirmədən sonra Çağlayandakı İstanbul Ədliyyəsinə aparılıb. Prokurorun dindirməsindən sonra hər 3 nəfər sərbəst buraxılıb.

Xəbər 3534 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +