Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.12.2020  15:05 

“Əsirlərin mübadiləsinin tezliklə baş tutmasına yardım edəcəyik”





A+  A-

“Rusiya Qarabağ münaqişəsi zonasında əsirlərin mübadiləsi prosesinin erkən başa çatmasına kömək edəcək”.
XəzərNews.az-ın “TASS” agentliyinə istinadən xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan erməni həmkarı Ara Ayvazyanla danışıqlar zamanı deyib.

“Ən vacib məsələ əsirlərin mübadiləsidir. Bu prosesin tezliklə baş tutmasına hər cür yardım göstərəcəyik. Bu mövzunun əsirlikdə olanların doğmaları, yaxınları üçün nə qədər acı olduğunu bilirik. Həlak olanların cəsədlərinin mübadiləsi də problemin emosional hissəsidir, bunun da tezliklə həll olunması vacibdir”.

Lavrovun fikrincə, Cənubi Qafqazın çiçəklənən bir bölgəyə, sabitlik bölgəsinə çevrilməsi üçün real şərtlər var.

Nazir, eyni zamanda, Rusiyanın bu istiqamətdə irəliləməni təşviq etmək üçün əlindən gələni edəcəyini, Rusiya sülhməramlılarının öz məsul sahələrində əhali ilə fəal şəkildə əməkdaşlıq etdiklərini, qaçqınların geri qayıtmasına kömək edildiyini, eləcə də tibbi yardım göstərildiyini və digər humanitar məsələlərin həll olunduğunu söyləyib.



Xəbər 5072 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +