Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.11.2020  14:46 

Ermənilər Ağdamdan çıxarkən bu məscidi də yandırıblar - Fotolar





A+  A-

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Deqati (Reza Deghati) noyabrın 20-də erməni işğalından azad edilən Ağdam rayonunda ermənilər tərəfindən tövlə kimi istifadə edilən məscidin şəkillərini paylaşıb.
XəzərNews.az xəbər verir ki, Deqati Qiyasi kəndindəki 18-ci əsrə aid məsciddən fotoları öz instaqram hesabında yerləşdirərək bu şərhi verib:

“Mədəni, mənəvi və dini irsə qarşı vandalizm anlaşılmaz və qəbuledilməzdir. Müxtəlif münaqişələrdə bunun şahidi olmuşam. Son bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını və məscidlərin tövləyə çevrildiyini gördüm.

Ağdam rayonunun Qiyasi kəndində 18-ci əsrə aid bu məscid otuz illik işğal zamanı ermənilər tərəfindən inək saxlamaq üçün istifadə edilib.

Azərbaycanlılar tərəfindən tapılanda isə nəcislə dolu idi. Bölgəni tərk etməzdən öncə işğalçı götürə bildiyini götürdü və məscidə od vurdu.
Yenidənqurma və bərpa çox vaxt aparacaq”.






Xəbər 5353 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +