Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


26.11.2020  15:32 

DİN vətəndaşlara çağırış etdi





A+  A-

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək karantin qaydalarına əməl etməyə çağırış edib.
DİN-dən XəzərNews.az-a daxil olan məlumatda qeyd olunur ki, nazirliyin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır, vətəndaşlar tərəfindən epidemiyanın qarşısının alınmasına xidmət edən sanitariya-gigiyena qaydalarına əməl olunması, “COVİD-19” virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin özlərini təcrid etmələri, digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları ciddi nəzarətdə saxlanılır.

Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Noyabrın 25-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin postlarında 19 “COVID-19” xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə onlardan 18-i evə qaytarılıb, 1-i isə xəstəxanaya yerləşdirilib. Qanunvericiliyə uyğun olaraq bu şəxslər barəsində cinayət işi başlanılıb.

Vətəndaşların diqqətinə çatdırılıb ki, bütün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir. Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyyə olunur:

"Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırırıq. Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir".

Xəbər 4436 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +