Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


20.11.2020  16:43 

İrəvanda etirazçılar iki prospekti bağladılar, saxlanılanlar var





A+  A-

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən aktivistlər İrəvanda iki böyük prospekti bağlayıblar.
XəzərNews.az “Spuntik Ermənistan”a istinadən xəbər verir ki, iki qrup etirazçılar parlament binasının qarşısındakı Bağramyan prospektini və Tiqran Mets prospektini bağlayıblar.

Bagramyan prospektində vəziyyətin gərgin olduğu bildirilir. Polis yolu təmizləməyə çalışır.

Küçələr maşınların hərəkətinə bağlanıb, hüquq-mühafizə orqanlarının əməkdaşları evakuatorlar çağırıb avtomobilləri götürməyə məcbur olublar.

Tiqran Mets prospektində də vəziyyətin gərgin olduğu bildirilib. Polis güc tətbiq edərək etirazçıları yoldan çıxarır. Hərəkət qismən bərpa edilib. Onlarla şəxs saxlanılıb.

Xatırladaq ki, 10 noyabrdan bəri İrəvanda Paşinyanın istefası tələbi ilə qarşı aksiyalar və yürüşlər keçirilib. Aksiyaların əsas təşkilatçıları “Daşnaksütyun”, “Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarıdır.



Xəbər 1748 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +