Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


18.11.2020  14:28 

Peskovdan Putinin Qarabağla bağlı müraciətinə münasibət





A+  A-

“Rusiya Prezidenti Federasiya Şurasının 2015-ci il tarixli qərarına uyğun olaraq Rusiya Federasiyasının Silahlı Qüvvələrindən xaricdə istifadə edə bilər. Rusiya sülhməramlılarının Dağlıq Qarabağa göndərilməsi üçün parlamentin yuxarı palatasından ayrıca icazə tələb olunmur”.
XəzərNews.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Federasiya Şurasına Dağlıq Qarabağla bağlı bugünkü müraciətini şərh edərkən deyib.

Peskovun sözlərinə görə, müraciət Rusiya ordusunun sülhməramlı missiyasının müddəti ilə əlaqədar olaraq edilib.

“Federasiya Şurasının 2015-ci il tarixli bir qərarı var idi və bu, Prezidentin bu cür operativ qərarları qəbul etməsi üçün qanuni əsas idi. Nəzərə alsaq ki, bizi beş illik bir müddət gözləyir, - hansı ki, lazım olduqda uzadıla bilər, - sülhməramlı missiyanın irimiqyaslı xarakteri nəzərə alınmaqla əlavə icazə istənilib”,- deyə Peskov qeyd edib.

Xəbər 3070 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +