Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.11.2020  23:11 

Müxalifət Paşinyana cinayət işi açılmasını tələb edir





A+  A-

Yerevanda müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirir.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi Qeam Manukyan Ermənistanın baş prokuroluğunun binası önündə keçirlən aksiya zamanı Paşinyana qarşı cinayət işi açılmasını tələb edib.

"Paşinyan öz hərəkətləri, qanunsuz əmrləri, təlimatları, addımları ilə etiraz səsini susdurmaq üçün siyasi repressiyanın, zorakılığın təməlini qoydu. Ölkəmizin təhlükəsizliyini və bütövlüyünü pozan, birliyimizi, demokratiya və söz azadlığını şübhə altına alan hərəkətlərinə görə Paşinyana qarşı cinayət işi açılmalıdır”, - deyə Manukyan bildirib.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan jurnalistlərə açıqlamasında bildirib ki, Paşinyana cinayət işi açılması “hüquq-mühafizə orqanlarının müqəddəs borcudur”:

“Ermənistanda artıq hakimiyyət mövcud deyil. Paşinyan artıq hüquq-mühafizə orqanlarına ümid etmir və siyasi rəqiblərini cilovlamağa çalışmaq üçün dəstələr yaradır. Polisi, MTX-ni və bütün hüquq-mühafizə sistemini bu cür proseslərin qarşısını almağa çağırıram. Paşinyana qarşı cinayət işi açmaq və onu məsuliyyətə cəlb etmək lazımdır”.

Xəbər 3984 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +