Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


13.11.2020  20:38 

“Yaşayış məntəqələrinə 30 mindən artıq mərmi, 227-dən çox raket atılıb”





A+  A-

“27 sentyabrdan başlayaraq aparılan proses infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi və zərərlərin aradan qaldırılmasını özündə ehtiva edir. Vətəndaşlarımıza dəymiş ziyanın aradan qaldırılması prioritet məsələlərdəndir”.
XəzərNews.az xəbər verir ki, bunu Ermənistanın Azərbaycan ərazisinə vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, aprel hadisələrində də ermənilər mülki əhaliyə və mülki infrastruktura ciddi ziyanlar vurub:

“Prezident əvvəlki hadisələr zamanı da vətəndaşlara baş çəkdi, onların şəraiti yaxşılaşdırıldı. Tovuz hadisələrində də eyni proses davam etdi. Dövlət başçısı hər bir halda tapşırıq verdi və vətəndaşlara dəyən ziyan aradan qaldırıldı. Biz rəqəmlərə baxanda bunu daha dəqiq görə bilərik. Ermənilər məqsədyönlü şəkildə mülki yaşayış məntəqələrinə 30 mindən artıq mərmi, 227-dən artıq raket atıb. Onların içində kasetli və ballistik raketlər olub. Ermənilər mülki insanları hədəfə almaqla xof və təşviş yaratmaq istəyirdi. Azərbaycan Ordusu isə ermənilərin çirkin niyyətlərini darmadığın etdi”.

Xəbər 4321 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +