Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


13.11.2020  18:35 

Bundan sonra Quşçubaba Baharlı, Tsakuri Hünərli adlanacaq





A+  A-

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda qeyd edilib ki, gündəliyə ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib. Layihələrə əsasən Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Qeyd edilib ki, Xocalı rayonu ərazisində yerləşən Quşçubaba kəndinin adı dəyişdirilərək həm coğrafi baxımdan həm də Azərbaycan leksikonuna uyğun olaraq ölkə Prezidentinin təşəbbüsü ilə Baharlı adı verilib. Bu, Azərbaycanın zəfərini ifadə etmək baxımından böyük önəm daşıyır.

Xəbər 3376 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +