AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


04.11.2020  18:26 

Ceyhun Bayramov Avropa Şurasında ermənilərin son təxribatlarından danışdı





A+  A-

“2021-ci ilin yanvar ayında Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü tamam olacaq. Ötən illər ərzində təşkilatda üzvlük Azərbaycanda insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətin gücləndirilməsinə töhfə verib və biz bu vacib işi davam etdirməyə hazırıq. Avropa Şurasına üzv olarkən, Azərbaycan və Ermənistan Dağlıq-Qarabağ münaqişəsinin həlli üzrə birgə öhdəlik götürüblər. Bu münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin qeyri-qanuni işğalı və 1 milyona yaxın Azərbaycan vətəndaşının məcburi köçkünə çevrilməsi ilə nəticələnib”.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində son 28 il ərzində aparılan vasitəçilik səyləri Ermənistanda bir-birini əvəz etmiş hökumətlərin təcavüzkar və işğalçı siyasəti səbəbindən heç bir nəticə verməyib.

“Xatırlatmalıyam ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarında Azərbaycanın işğal edilmiş ərazilərinə Ermənistan tərəfindən effektiv nəzarətin həyata keçirildiyini təsbit edib. Hətta bu qərardan sonra belə, Ermənistan öz məsuliyyətini rədd etməkdə davam edib və buna görə heç bir tədbirə məruz qalmayıb.

“Qarabağ-Ermənistandır” bəyanatı, eləcə də “yeni ərazilər uçün yeni müharibə” doktrinasının elan edilməsi də daxil olmaqla, təxribat səciyyəli silsilə addımlarının davamı olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyi 27 sentyabr tarixində Azərbaycana qarşı yeni hərbi təcavüzə başlayıb. Hərbi əməliyyatların ilk günündən etibarən, Ermənistan Azərbaycanın sıx məşkunlaşmış və münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutmaqdadır. Bunun nəticəsində 12 uşaq daxil olmaqla, 91 nəfər mülki vətəndaş həlak olub, 400-dən artıq şəxs isə yaralanıb. Xüsusilə, çoxsaylı mülki şəxslərin qətli ilə nəticələnmiş Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə gecə saatlarında edilmiş iki ballistik raket hücumu, habelə Bərdə şəhərinə digər 2 qeyri-insani və xain raket hücumunu qeyd etmək istərdim. Ermənistanın açıq-aydın müharibə cinayəti təşkil edən bu əməlləri Avropa Şurası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanılmalıdır.

Azərbaycan Ermənistanın təcavüzünə cavab səciyyəli əks-hücum tədbirlərini BMT Nizamnaməsinin 51-ci maddəsi üzrə özünümüdafiə çərçivəsində aparır və bu xüsusda, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərə sadiq qalır. Azərbaycan sadəcə Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərindən dərhal, şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsinin icrasına çalışır. Avropa Şurası Parlament Assambleyasının 1416 (2005) və 1614 (2008) saylı qətnamələri BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinə əməl olunmasını tələb edir və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağırır.

Bu, Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan və erməni icmalarının sülh şəraitində birgəyaşayışının, eləcə də Avropa Şurasının iki üzv dövləti arasında davamlı sülhün və daha geniş bölgədə əmin-amanlığın bərqərar olunmasının ən qısa yoludur”.

Xəbər 1904 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +