AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


04.11.2020  16:12 

“Yaxşı olardı ki, Ermənistan torpaqları sülh yolu ilə geri qaytarardı” - Rəsmi Tehran





A+  A-

“Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır”.
XəzərNews.az xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında bildirib.

O, münaqişənin sülh yolu ilə həlli ilə bağlı İran Xarici İşlər Nazirliyinin öz planının olduğunu və bu planın Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyaya təklif edildiyini bildirib.

“İran İslam Respublikası uzun illərdən bəri mövcud olan Dağlıq Qarabağ münaqişəsi barədə davamlı və sabit mövqeyə malik olub. Bizim mövqeyimiz beynəlxalq aləmin qəbul etdiyi prinsiplərə əsaslanır. Və bu mövqeyimiz işğalın sona çatması, ölkələrin ərazi bütövlüyünün tanınması və separatizmin məhkum edilməsi prinsiplərinə əsaslanır. Biz Ermənistan Respublikası ilə qonşuyuq və sırf qonşuluq münasibətlərinə malikik. Həm onlara, həm də bütün dünyaya elan etmişik ki, bu məsələdə biz beynəlxalq prinsiplərə əsaslanırıq. Ölkəmiz bu sahədə şəffaf mövqe sərgiləyib. Mənim İran İslam Respublikasının Azərbaycandakı səfiri olaraq və ölkəmizin müxtəlif rəhbərlərinin, siyasi dairələrinin mövqeyi belədir və bizim Ali Liderimizdən tutmuş bütün dairələrə aiddir. Ayətullah Seyyid Əli Xamenei İran İslam Respublikasının Ali Lideridir və ölkəmizdə bütün qərarlar onun rəhbərliyi və təsdiqi əsasında qəbul olunur. O dünən bəyan etdi ki, Ermənistanın işğal etdiyi Azərbayvcana məxsus bütün ərazilər Azərbaycana qaytarılmalıdır”.

Səfir bildirib ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməkdə haqqı və hüququ var. Yaxşı olardı ki, Ermənistan bu torpaqları sülh yolu ilə geri qaytarardı və iş müharibəyə çəkməzdi. Hər bir halda, Azərbaycanın hüququdur ki, öz torpaqlarını geri qaytarsın:

“İran İslam Respublikası münaqişənin sülh yolu ilə, müharibə olmadan həll olunması, Azərbaycan torpaqlarının geri qaytarılması üçün bir plan hazırlayıb və bu planı Azərbaycan, Rusiya, Ermənistan və Türkiyəyə təqdim edib. Azərbaycan Respublikası ən yüksək səviyyədə bu planı, bu təşəbbüsü dəstəkləyib və biz digər ölkələrin bu barədə mövqelərini gözləyirik”.

Xəbər 2118 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +