“Azərbaycan Ordusu inamla irəliləyir” - Video
XİN açıqlama yaydı
Tərtər “Qrad”la atəşə tutulub
Erməni hərbçilər belə məhv edildi - Video
Azərbaycandan “Facebook” şirkətinə müraciət
XİN-dən Bərdə terroru ilə bağlı açıqlama
“Smerç”lə vurulan Bərdə - FOTOLAR
Sabahkı hava narahatlıq yarada bilər
“Sona qədər Azərbaycanın yanındayıq”
DİN-dən daha bir xəbərdarlıq


16.10.2020  22:54 

“Paşinyan hər zaman anti-Rusiya mövqeyində olub”





A+  A-

"İndi Azərbaycan bölgədə o cümlədən Sorosla mübarizə aparır. Əslində mən Soros deyəndə, təkcə Corc Sorosu nəzərdə tutmuram. Bu, bir anlayışdır. Bu, dağıdıcı, yırtıcı, müstəmləkəçi bir hərəkətdir. Paşinyanın Sorosla o fotoşəklinə baxın, necə eybəcər fotoşəkildir. O, internetdə var. Durublar, bədənləri də yapışıb bir-birinə. Yəni, utancverici bir şəkildir, ikisi də gülür, ikisinin də üzündə təbəssüm. Bu şəkil faktiki olaraq Paşinyanın kim olduğunu göstərir. Çünki Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan, əslində, hər zaman anti-Rusiya mövqeyində olub".
XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində səsləndirib.

Dövlət başçısı deyib: “Onun partiyasının adı ermənicə “Yolka”dır. Onu tərcümə etsək “Çıxış” deməkdir. Haradan çıxış? Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya Birliyindən. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi, anti-Rusiya mövqeyində idi. Ona görə mən təəccüb edirəm ki, bu günə qədər Rusiyada bəzi siyasi dairələr onun tərəfini tuturlar. Axı o, ruspərəst qüvvələrə qarşı inqilab etdi, ruspərəst prezidentləri həbsə atdı, ruspərəst ana müxalifət partiyasının sədrini həbsə atdı. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, - hansı ki, NATO tipli bir təşkilatdır, - erməni əsilli sədrini həbsə atdı. Yəni bu, Sorosun sözü ilə oturub-duran bir adamdır. Bir də ki, onun komandasına baxın, onların hamısı Soros Fondunun, Açıq Cəmiyyət Təşkilatının, “Amnesty International”ın nümayəndələridir. Yəni, Soros Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı”.

Xəbər 1433 dəfə oxunub.




28.10.2020  18:45 

XİN açıqlama yaydı

28.10.2020  13:09 

DİN-dən daha bir xəbərdarlıq

28.10.2020  12:43 

Paşinyan onu da işdən çıxardı

28.10.2020  11:22 

Ordumuza məxsus PUA vurulmayıb


BÜTÜN XƏBƏRLƏR +