“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


15.10.2020  12:28 

Bakı metrosunda koronavirusla bağlı tədbirlər gücləndirilib





A+  A-

Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirus (“COVID-19”) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakı metropolitenində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
XəzərNews.az-a daxil olan məlumata görə, ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, Bakı metropolitenində tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına ciddi nəzarət olunur və bu istiqamətdə monitorinqlər nəticəsində tədbirlər davamlı olaraq dövrün tələbinə uyğun yenilənir.

“Qeyd olunmalıdır ki, sosial məsafənin qorunmasını təmin etmək məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər quraşdırılması sərnişinlərin hərəkət nizamının tənzimlənməsinə xidmət edir. Artıq sərnişinlərin nizamlı hərəkətinin təmin edilməsinə skaner tipli yeni yoxlama qurğularının da təsiri var. Stansiyaların girişlərinin yoxlama məntəqələrində tətbiq edilən avadanlığın əsas vəzifəsi metropolitendən sərnişinlərin istifadə rahatlığı və təhlükəsizliyini artırmaqdır. İlk olaraq metropolitenin daha çox sərnişin daxil olan stansiyalarında tətbiq edilən və avtomatik rejimdə çalışan bu çoxfunksiyalı sistem daşınan əşyaları, o cümlədən müəyyən edilmiş ölçülər çərçivəsində çanta və digər yüklərin yoxlanılmasını sürətlə həyata keçirir, ləngimələrin aradan qaldırılmasına xidmət edir.

Onu da əlavə edək ki, yoxlama məntəqəsində hər bir sərnişindən tibbi maskanın düzgün taxılması tələb olunur, sosial məsafəni qorumağın vacibliyi xatırladılır, həmçinin seçmə qayda ilə hərarətin ölçülməsi tətbiq edilir.

Koronavirus infeksiyasının yayılmasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə metropolitenin və polis əməkdaşlarının stansiyalarda və qatarlarda monitorinqləri artırılıb və bunun nəticəsində günün müəyyən saatlarında yoxlamalar intensivləşdirilib. Yoxlamalar zamanı sərnişinlərlə profilaktik söhbətlər aparılır, tövsiyələr verilir. Günümüzün tələbləri nəzərə alınmaqla, sərnişinlərin daha məsuliyyətli olaraq, tibbi maskadan düzgün istifadə etməsinin, sosial məsafənin qorunmasının vacibliyi ətraflı izah olunur.

Metropoliten stansiyalarına daxil olan sərnişinlərdən stansiyaların girişində tibbi maskadan düzgün istifadə etməklə, əl əşyaları və yüklərini artıq vestibülə daxil olarkən hazır vəziyyətdə saxlayaraq avtomatik yoxlama cihazlarına yaxınlaşmalarını xahiş edirik.

Hər bir sərnişinin sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl edəcəyinə, mövcud qaydaları anlayışla qarşılayacağına və birlikdə güclü olaraq bütün çətinliklərə qalib gələcəyimizə inanırıq”, -deyə qurumun məlumatında qeyd olunub.



Xəbər 1915 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +