Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


12.10.2020  13:10 

“Dünən itirilmiş qurbanlarımızın qisasını döyüş meydanında aldıq”





A+  A-

“Gəncə belə vəhşi atəşinə məruz qaldıqda, bu, hər bir azərbaycanlını hidddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, biz səbr göstəririk və adekvat cavab tələb olunur: “Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir. Biz heç vaxt sivillərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir.

Ona görə qalıcı atəşkəsin olması üçün Ermənistan ilk növbədə anlamalıdır ki, işğaldan azad edilmiş torpaqları onlar görməyəcək, onlar ora dönməyəcəklər. Bu, tamamilə onlar üçün imkansızdır. Kim nə deyir desin, kim onları necə dəstəkləyirsə, dəktəkləsin, bu, olmayacaq. Bizi oradan heç bir qüvvə çıxara bilməz”.



Xəbər 7564 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +