Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


03.10.2020  16:12 

“Bu hadisələrlə bağlı 12 cinayət işi başlanılıb”





A+  A-

“Dinc əhalinin öldürülməsi, yaralanması və mülki obyektlərə ziyan vurulması ilə bağlı cinayət işi başlanılıb”.
XəzərNews.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, sentyabrın 27-dən etibarən erməni silahlı bölmələrinin təmas xəttində törətdiyi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri atəşə tutulur:

“Həmin gündən bu vaxta qədər 19 mülki şəxs həlak olub. Onlardan 5 nəfər Goranboy, 8 nəfər Tərtər, 4 nəfər Ağdam, 2 nəfər isə Füzuli rayon sakinidir. Öldürülən şəxslər arasında uşaq və qadınlar da var. Həlak olanlardan 14 nəfər kişi, 3 nəfər qadın, 2 nəfər isə azyaşlıdır. Naftalan şəhərində bir evə düşmüş mərmi nəticəsində ailə başçısı Elbrus Qurbanov və ailənin 4 üzvü həlak olub.

Ağdam rayonunda Coşqun Paşayev erməni silahlı bölmələrinin atəşi nəticəsində həlak olub. Tərtər rayonunda mülki əhalinin yaşadığı ərazilərin atəşə tutulması bu gün də davam edir. Rayonun Şıxarx qəsəbəsində 3 nəfər həlak olub, onlardan ikisi doğma qardaş olub. Tərtər rayonunda Ayna Mehdiyeva da erməni hücumu nəticəsində həyatını itirib. Füzuli rayonu, Cəbrayılın Cocuq Mərcanlı kəndinə mütəmadi atəşə tutulması nəticəsində iki nəfər həlak olub. Sonuncu ölüm hadisəsi isə Ağdam rayonunda baş verib.

Bu hadisələrlə bağlı 12 cinayət işi başlanılıb. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən istintaq aparılır.

Erməni təxribatı nəticəsində 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. 300-dən artıq yaşayış və qeyri-yaşayış binaları atəşə tutularaq yararsız hala salınıb, bunun nəticəsində dəyən ziyan hesablanır. Həmin rayonlara Baş Prokurorluqdan əlavə prokurorlar ezam olunub. Dünən erməni silahlı qüvvələrinin atdığı atəş nəticəsində Tərtər rayon prokurorluğunun qarşısında partlayış olub və 1983-cü il təvəllüdlü müstəntiq ağır xəsarət alıb. Həmin əməkdaşımız əməliyyat olunub, ümid edirik ki, onun həyatını xilas etmək mümkün olacaq.

Hərbi cinayətlərlə bağlı 5 cinayət işi başlanılıb, bu işlərlə bağlı istintaq da davam etdirilir”.

Xəbər 2174 dəfə oxunub.



29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +