Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


02.10.2020  14:54 

“Cəbrayıl, Füzuli istiqamətində ordumuz düşməni geri çəkilməyə məcbur edib”





A+  A-

“Cəbhənin bütün isiqamətlərində əks hücum əməliyyatları davam edir. Mülki əhalinin atəşə tutulmaması ilə bağlı xəbərdarlığa baxmayaraq, Ermənistan silahlı qüvvələri Şəmkirin Sabirkənd, Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini və digər əraziləri raket və artilleriya atəşinə tutublar”.
XəzərNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov Hərbi İnformasiya Mərkəzinin brifinqində bildirib. O, qeyd edib ki, mülki əhali arasında yaralananlar var.

“Madagizdə düşmənin hərbi hissəsində çaxnaşma və atışma yaranıb. Erməni könüllüləri müxtəlif bəhanələrlə döyüşə girməkdən imtina edirlər. Bunun əvəzinə qadın batalyonunun yaradılmasına qərar verilib. Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl, Füzuli istiqamətində ordumuz düşməni geri çəkilməyə məcbur edib və irəli gedib. Murov dağı istiqaməti də qoşunlarımızın nəzarətindədir”.

A.Eyvazov həmçinin qeyd edib ki, 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib: “Döyüşlərdə əldə etdiyimiz uğurlar Azərbaycan ordusunun yüksək döyüş ruhu və qələbə əzminin bariz nümunəsidir. Sözlərimi general-mayor Hikmət Həsənovun sözləri ilə bitirirəm: “Hərbi birliyin şəxsi heyətinin amalı son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir. Bunun üçün Ordumuzun döyüş ruhu kifayət qədər yüksəkdir. Qələbə bizimlədir!”

Xəbər 2113 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +