23.09.2020  09:43 

Putindən hökumətin formalaşdırılması ilə bağlı yeni təklif





A+  A-

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya hökumətinin formalaşdırılması prosedurunun, onun statusu və fəaliyyətinin dəyişdirilməsi haqqında qanun layihəsi təqdim edib.
XəzərNews.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik komitəsinin sədri Pavel Kraşennikov bildirib.

Qanun layihəsinin mətninə görə, Prezident Dövlət Dumasının razılığı ilə hökumət başçısını, eləcə də Baş Nazirin müavinlərini və nazirləri təyin edəcək. O, həmçinin Nazirlər Kabinetini buraxmadan, Baş Nazir də daxil olmaqla, istənilən hökumət üzvünü vəzifəsindən azad edə biləcək.

Sənəddə bildirilir ki, Prezident öz vəzifələrini icra etməyə başladıqdan ən geci iki həftə sonra hökumət başçısının namizədliyini irəli sürməli olacaq. Dövlət Dumasına həm Baş Nazir, həm də Baş Nazirin müavinləri və nazirlərin namizədliklərini nəzərdən keçirmək üçün bir həftə ayrılır.

Xəbər 1866 dəfə oxunub.



21.01.2025  20:05 

Türkiyədə matəm elan olundu

21.01.2025  18:08 

Meloni yenə diqqət çəkdi

21.01.2025  15:15 

Hərbçimiz vəfat etdi

21.01.2025  11:20 

685 gün İran zinadında...

21.01.2025  11:16 

Tramp 1500 nəfəri ƏFV ETDİ


BÜTÜN XƏBƏRLƏR +