Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


22.09.2020  11:48 

“Belə davam etsə, tədris prosesi yenidən dayanacaq”





A+  A-

“Məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma halları baş verib. Bu, gözlənilən idi. Çünki qabaqlayıcı tədbirlər yox həddindədir. Bu gedişlə 2 həftə sonra tədris prosesi dayandırılacaq”.
XəzərNews.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb. O, qeyd edib ki, bu gün Bakı şəhərində 30-dan çox məktəbin qarşısında monitorinq aparıb. Müəyyən edib ki, valideynlər məktəbə buraxılmır. Ekspert vurğulayıb ki, amma bu, həll yolu deyil:

“1. Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmin girişdən də çıxmamalıdırlar. Dərslər növbəli olduğuna görə bir qrup dərsdən çıxanda o biri daxil olur və qapının ağzında sıxlıq yaranır. Məktəbin bir neçə çıxışı istifadə edilməlidir.

2. Məktəbin qarşısında valideynlərin sıxlığının yaranmaması üçün xüsusi işarələnmə olmalı və valideynlər ancaq xüsusi işarələnmiş yerlərdə dayanmalıdırlar.

3. Bilirəm, bu, bir az çətin olacaq, amma yaşlı şəxslərin şagirdləri məktəbə gətirməsinə bir müddət məhdudiyyət qoyulmalıdır.

Mövcud vəziyyət davam etsə, 2 həftə sonra tədris prosesi yenidən dayanacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyətinin distant formaya keçirildiyini açıqlamışdı. Həmçinin, 21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfər koronavirusa yoluxub. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

Xəbər 3658 dəfə oxunub.



04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +