Düşmənin döyüş təyyarəsi məhv edilib
792 nəfər yoluxdu, 8 nəfər vəfat etdi
Əkrəm İmamoğlu koronavirusa yoluxdu
Ermənistanda daha 2213 nəfər yoluxdu
Düşmən Tərtər və Bərdəni atəşə tutur
Düşmənin zərbə PUA-sı zərərsizləşdirildi
Vaksinin vurulması niyə vacibdir?
Hava ilə bağlı xəbərdarlıq
“Maskanı belə gəzdirmək yoluxmaya səbəb olur”
Arutyunyan Putinə yalvarmağa başladı


21.09.2020  13:05 

Sabah 28 dərəcə isti olacaq





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.



Xəbər 574 dəfə oxunub.




24.10.2020  08:41 

Vacib yüksəkliklər azad edilib

23.10.2020  21:43 

Vaksinin vurulması niyə vacibdir?

23.10.2020  21:15 

Hava ilə bağlı xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +