“Azərbaycan Ordusu inamla irəliləyir” - Video
XİN açıqlama yaydı
Tərtər “Qrad”la atəşə tutulub
Erməni hərbçilər belə məhv edildi - Video
Azərbaycandan “Facebook” şirkətinə müraciət
XİN-dən Bərdə terroru ilə bağlı açıqlama
“Smerç”lə vurulan Bərdə - FOTOLAR
Sabahkı hava narahatlıq yarada bilər
“Sona qədər Azərbaycanın yanındayıq”
DİN-dən daha bir xəbərdarlıq


18.09.2020  20:46 

Ceyhun Bayramov BQXK rəsmisi ilə görüşüb





A+  A-

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, görüş zamanı Elena Aymone Sesseranın ölkəmizdəki fəaliyyətinin başa çatdığı bildirilib və Nümayəndəliyin yeni rəhbəri xanım Arian Bauer Nazir Ceyhun Bayramova təqdim edilib.

Ceyhun Bayramov Elena Aymonenin fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın BQXK ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən humanitar layihələri məmnunluqla qeyd edib. Nazir, həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, o cümlədən yüz minlərlə insanın fundamental hüquqlarının pozulmasından, işğalçı ölkənin beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini mütəmadi olaraq pozmasından və mülki şəxsləri və infrastrukturu hədəfə almasından danışan nazir, BQXK-nın bilavasitə mandatına daxil olan girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı məsələyə xüsusi diqqət ayırıb. O, Azərbaycanın humanitar hüququn normaları əsasında “hamının hamıya” prinsipi əsasında əsir və girovların dəyişdirilməsi mövqeyinin Ermənistan tərəfindən qəbul edilmədiyini vurğulayıb. BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyi qeyd olunub.

Öz növbəsində, BQXK nümayəndələri öz mandatları çərçivəsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi maraqlandıqlarını və ailələrinə bu xüsusda məlumat verdiklərini qeyd ediblər.

Görüş zamanı nazir həmçinin BQXK nümayəndələrinə bölgədə yaşanan ən son gərginliklər və Ermənistan rəhbərliyinin məqsədyönlü təxribatçı və təhrikçi fəaliyyəti və münaqişənin danışıqlar yolu ilə həllinə ciddi xələl gətirməsi barədə məlumat verib.



Xəbər 849 dəfə oxunub.




28.10.2020  18:45 

XİN açıqlama yaydı

28.10.2020  13:09 

DİN-dən daha bir xəbərdarlıq

28.10.2020  12:43 

Paşinyan onu da işdən çıxardı

28.10.2020  11:22 

Ordumuza məxsus PUA vurulmayıb


BÜTÜN XƏBƏRLƏR +