16.09.2020  10:06 

Bakıda yoluxma ən çox bu rayondadır





A+  A-

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
XəzərNews.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,3 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,2 faizi Xətai, 11,8 faizi Yasamal, 11,6 faizi Sabunçu, 8,9 faizi Nəsimi, 8,4 faizi Nərimanov, 8 faizi Suraxanı, 7,6 faizi Qaradağ, 7,1 faizi Nizami, 5 faizi Xəzər, 4,7 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 56,1 faizi paytaxtda qeydə alınıb.

Xəbər 2179 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.01.2025  14:49 

Daha üç məhkum həbsdə ölüb

22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?

22.01.2025  10:59 

Ruslar Nikolayev şəhərini vurdu


BÜTÜN XƏBƏRLƏR +