Bağçalar həftənin 5 günü işləyəcək
Sağalanların sayı yoluxanları keçdi
Düşmən topları dəqiq atəşlə məhv edildi
Makron Putin və Trampla Qarabağı müzakirə edəcək
Paşinyandan daha bir təxribatçı AÇIQLAMA
Müdafiə Nazirliyi döyüşə getmək istəyən könüllülərə müraciət etdi
Düşmən Goranboyu artilleriya atəşinə tutur
“Röyters” ermənilərin yalanını ifşa etdi
“Ermənistana məxsus Su-25-in vurulması yalandır”
Müdafiə Nazirliyindən valideynlərə müraciət


15.09.2020  15:08 

Ukrayna Belarusdakı prezident seçkilərini rəsmən qınadı





A+  A-

Ukrayna Ali Radası Belarusda keçirilən Prezident seçkilərinin azad və ədalətli şəkildə keçirilmədiyinə dair bəyanat yayıb.
XəzərNews.az xəbər verir ki, sözügedən sənəd bu gün Ukrayna parlamenti tərəfindən yayımlanıb.

“Ukrayna Ali Radası Belarusdakı prezident seçkilərinin nə azad, nə də ədalətli olduğuna inanır. Seçkilər namizədlər arasında ədalətli rəqabətin, azad medianın və ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatların nüfuzlu müşahidəçilərinin iştirakının olmadığı bir şəraitdə keçirilib”,- deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, 9 avqustda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə görə Belarusda kütləvi etirazlar davam edir. MSK-ya görə, altıncı müddətə namizəd olan Aleksandr Lukaşenko səslərin 80 faizini, ana müxalifət namizədi Svetlana Tixanovskaya isə 10 faizini qazanıb. Etirazçılar Lukaşenkonun istefasını və ədalətli seçkilərin keçirilməsini tələb edirlər.

Xəbər 580 dəfə oxunub.




30.09.2020  17:48 

Ermənilər yanğınlar törədib


BÜTÜN XƏBƏRLƏR +