Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.09.2020  12:57 

ABŞ-da meşə yanğınlarında 23 nəfər həlak olub





A+  A-

ABŞ-ın qərbində davam edən meşə yanğınları ən az 23 nəfərin həyatına son qoyub.
XəzərNews.az “USA Today” nəşrinə istinadən xəbər verir ki, yanğınlar nəticəsində Kaliforniyada 19, Oregonda 3, Vaşinqtonda isə 1 nəfər həyatını itirib.

Onlarla insan itkin düşüb, bir neçə nəfər ağır yaralanıb. Yanğın yüzlərlə evi dağıdıb, minlərlə bina qəza vəziyyətinə düşüb.

Ölkədə ümumilikdə 1,8 milyon hektarlıq ərazini əhatə edən 100-dən çox meşə yanğını baş verib.

Daha əvvəl ABŞ Milli Meteoroloji Xidməti Kaliforniyanın Ölüm Vadisində hava istiliyinin + 54.4 ° C-yə qədər qalxdığını və bunun əyalət üçün bir rekord göstərici ola biləcəyini bildirmişdi. İstilik dalğasının qərb sahili boyunca hərəkətinə davam edəcəyi proqnozlaşdırılır. Kaliforniyanın elektrik şəbəkəsinin ağır yüklənməsi səbəbindən bir çox sakin işıqsız qalıb. 18 avqustda ştatda fövqəladə vəziyyət elan edilib.

Xəbər 3275 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +