Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


29.08.2020  19:45 

Türkiyə Aralıq dənizində hərbi təlimlərə başlayır





A+  A-

Türkiyə Yunanıstanla münasibətlərin kəskinləşməsi fonunda 29 avqust - 11 sentyabr tarixlərində Şərqi Aralıq dənizində yeni artilleriya təlimlərinə başlayacağını elan edib.
XəzərNews.az bildirir ki, bununla bağlı Türkiyə təlimlərin keçiriləcəyi ərazilərdə “Navteks” ( ərazilərə digər gəmilərin girməsini qadağan edən beynəlxalq xəbərdarlıq) elan edib. Gəmi kapitanlarına manevrlərin ediləcəyi ərazilərdən keçməmək tövsiyə olunub.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin liderləri sentyabrda keçiriləcək zirvədə Türkiyə ilə münasibətləri müzakirə etmək niyyətindədirlər.

Almaniyanın xarici işlər naziri Hayko Maas Aralıq dənizindəki vəziyyətin həllində irəliləyiş olmadığı təqdirdə, Avropa dövlətlərinin Ankaraya qarşı sanksiyaları da müzakirə edə biləcəyini bildirib.

Xəbər 3883 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +