Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


27.08.2020  13:22 

Qızına toy edən vəzifəli şəxs “Bakcell”də işləyir - Video





A+  A-

Daxili İşlər Nazirliyi Bakıda daha bir vəzifəli şəxsin toy məclisinə görə bir neçə şəxsi cərimələyib. Onun mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsi olduğu qeyd olunub.
XəzərNews.az bildirir ki, Qafqazinfo.az övladına toy edən həmin şəxsin kimliyini öyrənib. Belə ki, toyun yiyəsi "Bakcell"in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva olub. O, qızı Növrəstə Muradlıya toy edib.

Toy məclisinin sifarişçisi V. Abdullayeva və əri hər biri 400 manat cərimə olunub.

Restoranın sahibi isə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub. 2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub. Toyda iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, avqustun 31-dək ölkədə xüsusi karantin rejimi hökm sürür və kütləvi tədbirlərin, toy-nişan mərasimlərinin keçirilməsi qadağandır.



Xəbər 1964 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +