Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


23.08.2020  13:50 

Lixtenşteyn Çexiyadan torpaq tələb edir





A+  A-

Lixtenşteyn hökuməti İkinci Dünya Müharibəsinin sonunda Çexiyanın müsadirə etdiyi torpaqları geri qaytarması tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib.
XəzərNews.az xarici KİV-ə istinadən məlumat verir ki, Lixtenşteyn Çexiyanın 2 min kvadratmetr ərazisinə iddialıdır ki, bu göstərici də krallığın hazırkı sahəsindən 10 dəfə çoxdur. Bu torpaqlara YUNESKO-nun Mədəni İrs siyahısına düşmüş neoqotik Lednitse qəsri və barokko üslubunda tikilmiş Valtitse iqamətgahı daxildir. Bu ərazilər Lixtenşteyn knyazlarının Almaniyanın nasist rejimi tərəfdarları elan edildiyi Çexoslovakiya fərmanları əsasında müsadirə edilmişdi. Bu məsələ ilə bağlı tərəflər arasında 70 ildən çoxdur ki, mübahisə gedir. Ölkələr arasında diplomatik münasibətlər yalnız 2009-cu ildə qurulub.

Lixtenşteynin Xarici İşlər naziri Katrin Eggenberger torpaqların zəbt edilməsinin ktrallıq üçün həll edilməz problem olaraq qaldığını və məsələnin ölkənin suverenliyinə bir başa aidiyyatı olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkə nə qədər kiçik olarsa, öz hüquqlarını müdafiə etməsi bir o qədər labüdləşər, torpaqların heç bir kompensasiya olmadan müsadirə edilməsi isə yolverilməzdir.

Çexiyanın Xarici İşlər naziri Martin Smolek isə öz növbəsində Avropa İnsan Hüquqları Məhkəməsinin bu şikayəti qəbul edə bilməyəcəyini bildirib. O, hadisənin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının qəbul olunduğundan əvvəl baş verdiyini və AİHM-nin əvvəllər belə məsələlərlə məşğul olmadığını vurğulayıb.

Tarixdə Çexoslovakiyanın bölünməsi artıq baş verib. 1938-ci il Münhen razılaşmasına görə ölkənin bəzi hissələri Almaniya, Macarıstan və Polşaya verilmişdi. Bu hadisə İkinci Dünya Müharibəsinin başlayacağı ehtimalının göstəricilərindən biri idi. Müqaviləni Almaniya, Böyük Britaniya, Fransa və İtaliya imzalamışdı. Təşəbbüs isə Sudet vilayətini ələ keçirən Berlindən gəlmişdi.

Xəbər 1471 dəfə oxunub.



29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +