20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır


21.08.2020  15:08 

Belarus parlamenti bütün siyasi qüvvələrlə dialoqa hazır olduğunu açıqladı





A+  A-

“Belarus parlamentinin deputatları ölkədəki ziddiyyətləri həll etmək üçün istənilən siyasi qüvvə ilə və bütün vətəndaşlarla dialoqa hazırdır”.
XəzərNews.az xəbər verir ki, bu barədə Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko “Belarus-1” telekanalında çıxışında bildirib: “Deputatlar korpusu bu gün istənilən qüvvə və bütün vətəndaşlarımızla dialoqa açıqdır”.

Andreyçenko onu da vurğulayıb ki, bu gün belaruslular üçün ən vacib şey dövlətin və sabitliyin qorunmasıdır. “Bunun üçün hamımız konstitusiyaya və qanunlara riayət etməliyik” ,- deyə Andreyçenko qeyd edib.

“Bu gün hamımız sakitləşməliyik, bu duyğulardan uzaqlaşmalıyıq, zehnimizi işə salmalıyıq. Çünki bütün bu nümayişlər, bütün bu tətillər sadəcə sadəlövh bir yalandır ki, guya bunlardan daha yaxşı olacaq. Yaxşı olmayacaq. Yalnız münaqişə uçurumuna sürüklənəcəyik” - deyə parlamentin aşağı palatasının sədri bildirib.

Xəbər 2227 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +