BMT-nin Baş katibindən ÇAĞIRIŞ
Hərbi vəziyyət elan olundu
Murov zirvəsi azad olundu
Baş Prokurorluq daha bir məlumat yaydı
Yoluxanların sayı ilə bağlı AÇIQLAMA
MTRŞ televiziyalara tövsiyələr verib
Sabaha olan hava proqnozu
Ermənilərin yaraladığı mülki vətəndaşım
Müdafiə Nazirliyində yeni təyinat
Bakıda 553 küçə dezinfeksiya edildi


14.08.2020  17:05 

Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi





A+  A-

Daxili İşlər Nazirliyi Məhərrəmlik ayı ilə bağlı əhaliyə müraciət edib.
XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən “Aşura” günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.

Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.

Xəbər 757 dəfə oxunub.



28.09.2020  00:26 

BMT-nin Baş katibindən ÇAĞIRIŞ

27.09.2020  18:45 

Hərbi vəziyyət elan olundu

27.09.2020  18:36 

Murov zirvəsi azad olundu

27.09.2020  14:27 

Bu ərazilər azad edildi

27.09.2020  11:46 

Sabaha olan hava proqnozu


BÜTÜN XƏBƏRLƏR +