“Space”in yayımı 3 saat dayandırılacaq
Yoluxanların sayı bu gün də azalıb
Kimlərin Avropaya girişinə icazə veriləcək?
Zidan dünyanın ən yaxşı məşqçisi oldu
Sabah hava necə olacaq?
Neft Daşlarında dalğa 5 metrə çatıb
Fəttah Heydərov vəfat etdi
Ər arvadını güllələdi
“190 manatla bağlı məsələyə baxılır”
İmtahanlarla bağlı AÇIQLAMA


31.07.2020  16:29 

Hərbi xidmətə iyul çağırışı başa çatıb





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.
XəzərNews.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Sərəncamın icrası təmin edilib və iyul ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Respublikamızda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb. Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985-2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il iyulun 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasında 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.

Xəbər 887 dəfə oxunub.




04.08.2020  14:28 

Sabah hava necə olacaq?

04.08.2020  09:52 

Fəttah Heydərov vəfat etdi

04.08.2020  08:57 

Ər arvadını güllələdi

03.08.2020  19:07 

İmtahanlarla bağlı AÇIQLAMA


BÜTÜN XƏBƏRLƏR +