Azərbaycan XİN Livana başsağlığı verdi
Rayona getmək üçün icazələr belə alınacaq
“Livana kömək təklif edəcəyik” - Merkel
“Space”in yayımı 3 saat dayandırılacaq
Yoluxanların sayı bu gün də azalıb
Kimlərin Avropaya girişinə icazə veriləcək?
Zidan dünyanın ən yaxşı məşqçisi oldu
Sabah hava necə olacaq?
Neft Daşlarında dalğa 5 metrə çatıb
Fəttah Heydərov vəfat etdi


30.07.2020  17:09 

Büdcəyə yenidən baxılacaq - Təkliflər NK-ya təqdim edildi





A+  A-

Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib.
XəzərNews.az xəbər verir ki, nazirliyin məlumatında bildirilir ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Prezidentinin 2020-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanaraq müvafiq büdcə zərfi ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunub.

Bununla yanaşı büdcə sisteminə uyğun olaraq icmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilib.

Dövlət və icmal büdcələrin yenidən baxılması ilə bağlı dövlət və icmal büdcələrinin dürüstləşdirilmiş göstəriciləri Maliyyə Sabitlik Şurasında müzakirə olunaraq bəyənilib.

2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, habelə COVİD-19 pandemiyasının ölkəmizə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən ölkə əhalisinin sağlamlığının qorunması məqsədilə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı əlavə ehtiyacların qarşılanması, habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması və eləcə də, sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir.

Xəbər 640 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.08.2020  08:53 

Beyrut fəlakət zonası elan edildi

04.08.2020  14:28 

Sabah hava necə olacaq?

04.08.2020  09:52 

Fəttah Heydərov vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +