İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


30.07.2020  12:37 

Dövran sizin, fərman sizin... Dağıdın





A+  A-


Vətəndaş hansı halda mövcud hakimiyyətdən narazı qalır? İlk növbədə onu dövlət adına süründürən dövlət qurumlarındakı bir sıra məmur zümrəsindən özünə qarşı təkrar-rəkrar sayğısızlıq görəndə. Bu zaman vətəndaş haqlı olaraq özünün güvənsizliyini zənn edəcək, onu bu “istiqamətə” doğru yönəldənlərə (əslində isə, mövcud hakimiyyətə) qarşı daxilində, hətta istəməsə belə, bir inamsızlıq yaranacaqdır. Və beləcə, dövlətin (hakimiyyətin) sütunları zədələnir...

Bir sıra hallarda vətəndaşlarla dövlət hakimiyyəti arasında “məsafə” yaradan, yarıtmaz işi ilə dövlətin əsaslarını sarsıtmağa yönəlik addımlar atan bəzi məmuriyyət zümrəsinin məqsədi nə ola bilər? Niyə və hansı haqla bəzən vətəndaşların haqlı mövqeyi nəzərə alınmır, onlara güvənsizlik təlqin edilir – bununla da dövlətin təməl prinsiplərini sarsıtmağa yönəlik addımlar atılır?

Düzü, bu gün cəmiyyətdə dolaşan belə bir fikri - yəni, bütün bunların düşünülmüş və məqsədli şəkildə edildiyinə inanmıram. Məncə, bunun bircə adı var: dövlətini və vətəndaşını sevməmək, ümumən isə dövlətin bütün atributlarına hörmətsizlik.

Baxın, eyni məsələlərdən ötrü hansı ilin hansı ayından silsilə yazılarla çıxış etdiyimi belə xatırlamıram. Boradigah qəsəbəsindəki bir sıra problemlərlə bağlı sonuncu dəfə Masallının icra başçısına “məxfi” məktub da ünvalladım. Belə bir əminlik ifadə etdim ki, icra başçısı cənab Şahin Məmmədov bu məsələlərin çözülməsində nəhayət ki, qətiyyətli addımlar atacaqdır. Çox ümid etdim və inandım – amma yanıldım. Nədən belə bir xəyala düşməyim əlbət ki, səbəbsiz deyildi. Düşündüm ki, Ş.Məmmədovun icra başçısı olaraq rayona gəlişi 7-8 aydır, onun da 5 ayı karantin, maska, dezinfeksiya dönəminə düşdüyündən, bəzi məsələlərdə o qədər də qınamaq olmaz. (Əslində, bütün bəlalar onun sələflərinin “əl işləridir” və yeni başçının onlara xələf olmasını, əsla, arzu etməzdim). Nə isə, bir müddət sonra RİH-dən “mesaj” aldım. Bildirilirdi ki, tezliklə bu iş araşdırılacaq və müvafiq qərar qəbul ediləcəkdir. Həqiqətən də bir müddət sonra hüquq şöbəsi tərəfindən“araşdırıldı” və mənə də məsləhət bilindi ki, məhkəməyə müraciət edim... Mənim istəyim nə idi, bunların təklifi nə?

İstəyim bu idi ki, qəsəbənin 565 ha pay torpağının düzgün bölüşdürülməməsi səbəbindən “Çaylıq” deyilən ərazidə hektarlarla pay torpağının birbaşa “işğala” məruz qaldığını, ətrafındakı meşə zolaqlarının - artıq hər biri ayrı-ayrılıqda 0,5 km uzunluğunda olan 1-ci və 2-ci “müdafiə xətlərinin” yox edilmək üzrə olduğunu, buradakı Eldar və Küknar şamlarının, Palıd ağaclarının əksəriyyətinin, Qırmızı kitaba adı düşən və milli sərvət kimi qorunmalı olan (el arasında adına Nil deyilən) Azad ağaclarının isə hamısının qırıldığını, vaxtı ilə kənd təsərrüfatının təyinatı üzrə salınmış və ərazidə ekoloji tarazılıq yaradan su hövzələrinin (1-ci və 2-ci “dərə”lərin) demək olar ki, dağıdılıb, ərazisinin mənimsənildiyini və s. vurğulayaraq, bu vandalizmin durdurulmasını xahiş etmişdim. Dəfələrlə qəsəbə icra nümayəndəsinə, yerli bələdiyyə sədrinə və üzvlərinə bildirmişəm ki, ərazilərin qanunsuz zəbt olunması durdurulsun, meşə zolaqlarına qənim kəsilənlərin və ərazisini mənimsəyənlərin, su hövzələrini dağıdıb öz şəxsi istifadəsi üçün çalışanların qarşısı alınsın.

İndi RİH-in hüquqşünaslarının təklifinə baxın: Mənə məsləhət bilirlər ki, sadaladığım problemlərin həlli ilə bağlı şəxsim adına məhkəməyə müraciət edim. Bunların hüquqi savadına və təklifinə mərhəba! Bu, nə məntiqdir, anlaya bilmədim? Sanki su hövzələri, meşə zolaqları, bələdiyyə torpaqları və s. mənim dədəmə məxsusdur, əzəldən də belə olub, onları məhkəməyə də mən özüm verməliyəm. Cinayət faktı ortalıqda, bunlar isə hüquqdankənar "məsləhət" verməyi özlərinə necə rəva bilirlər, onu da bilə bilmədim. Əgər, dövlət qurumlarının da işini vətəndaş görəcəksə, o zaman ortaya sual çıxır: rayonun hüquq-mühafizə orqanları, elə RİH-in özü nəyə gərəkdir? Bu şəxslər həqiqətən də hüquqşunasdırlarsa, o zaman Masallı RİH-in bu halına yazıqlar olsun. RİH-dən gələnləri cinayətin törədildiyi əraziyə deyil, uzun illərdir ki, öz şəxsi torpaq sahəsində heyvandarlıqla məşğul olan qardaşım oğlunun mal-qara tövləsinə aparan, bununla mənə onların dili ilə "qanunsuzluğu elə siz edirsiniz..." sözlərini ünvanlandırmağa "müvəffəq" olan həm qəsəbə icra nümayəndəsinə, həm də bələdiyyə sədrinə iki dəfə yazıqlar olsun. Məgər, qəsəbənin icra nümayəndəsi, bələdiyyə sədri (və üzvləri) bu özbaşınalığı edənlərin kimliyini bilmirlərmi - əlbəttə bilirlər, həm də gözəl bilirlər.

Xülasə, təkrar RİH-in elektron ünvanına müraciət ünvanlayaraq xahiş etdim ki, “qarışdırılma” deyil, düzgün araşdırılma aparsınlar. Və beləcə, bir müddət yenə gözləmək qərarına gəldim, amma bunlardan səs gəlmədi. Ötən həftə icra başçısının köməkçisinə zəng vurub, məsələnin gedişi ilə maraqlandım. Bildirdi ki, iş icraatdadır, baxılacaq. “Nə zaman” sualının qarşılığında isə, “mənim sahəmə aid məsələ deyil” söyləyib, tövsiyə etdi ki, rayona təşrif gətirib, icra başçısının online qəbuluna yazılaraq, dərdimi birbaşa onun özünə izhar edim. Köməkçinin sözlərindən belə məlum olur ki, Başçı bütün bu vaqeədən bilmərrə xəbərsizmiş... İndi adamda belə bir təsürat yaranır ki, 200 minə yaxın əhalisi olan bir rayon sanki idarə olunmur.

Nəhayət, dünən məlumat aldım ki, guya, yaxın günlərdə Torpaq şöbəsinin əməkdaşları qəsəbəyə gedərək, pay torpaqlarını yenidən ölçəcəklər. İndi sual yaranır: hansı pay torpaqlarını? Torpaq qalıb ki, onu da təkrar ölçməyə getsinlər? Torpaqların talan olunmasının, ümumiyyətlə, qəsəbədə torpaqla bağlı hərc-mərcliyin birbaşa günahkarı elə onların özüdür. Bu cinayətin təməl daşını bunlar “hörüblər”. Adam tanıyıram ki, ona iki dəfə pay torpağı “peşkəş” edilib – məhz, Torpaq şöbəsinin “xeyir-duası” ilə. Allah bilir, indi nəyi nəyə və həm də necə “calaq” edəcəklər... Edin. Dövran sizin dövranınız, fərman sizin fərmanınız, dağıdın – viranə qoymayacağınız bir qarış torpaq belə qalmasın. Onsuz da bunun bədəlini ödəyəcəksiniz. Bir gün sizin də “vəhşət namazınız” qılınar – sadəcə, geci-tezi var...

Bu, mənim adi məsələ ilə bağlı kiçik bir həyat hekayətim. Sayğısızlıq göz önündə. Mənim kimilər isə saya-hesaba gələn deyil. Bu cür vətəndaşlar, sizcə, necə addım atmalıdır? Özlərini ay-ulduzlu üçrəngli bayrağa bürüyüb “biz bu hökuməti, onun məmurlarını dəlicəsinə sevirik”, - deyə hayqırmalıdırmı? Edə bilməzlər, etsələr belə, səmimi olmayacaqlar. Çünki ən adi vətəndaşlıq hüququnu gerçəkləşdirə bilməyən vətəndaş dövlətin heç bir atributunu səmimi olaraq sevməz - “səni sevəcəyəm, sən sevməsən də” yalnız mahnılarda, ürəklərdə isə ayrı şeylər olur.

Vasif Hüseynov



Xəbər 29962 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +