200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.07.2020  19:15 

Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək





A+  A-

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 25 və 26 iyul tarixlərində hərəkətdə olmayacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatında deyilir.

Bildirilir ki, iyulun 25-i və 26-da, avqustun 1-i və 2-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti tam dayandırılacaq. Digər günlərdə isə sərnişin daşınması qüvvədə olan qrafik üzrə yerinə yetiriləcək.

31 iyul və 3 avqust tarixləri bayram və qeyri iş günləri olduğuna görə saat 17-30 və 18-35-də yola düşən yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17-40 və 19-05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək. Həmçinin saat 07-40 və 09-15-də yola düşən Sumqayıt-Pirşağı–Bakı, saat 08-00 və 09-20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq.



Xəbər 1844 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +