Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


14.07.2020  12:26 

İybilmə və dadbilmə nə vaxt itir?





A+  A-

“İybilmə və dadbilmə hissində törənən dəyişikliklərə, tək koronavirusun deyil, digər xəstəlik və patoloji proseslərin də səbəb ola bilməsi haqqında elmi məlumatlar, düşünürəm ki, hazırda müşahidə olunan stress, gərginlik və ruhi sarsıntını az da olsa aradan qaldıracaq”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı ATU-nun kafedra müdiri, professor Musa Qəniyev məqalə paylaşıb. Bildirib ki, bəzi mütəxəssislər bu halı infeksiyanın erkən klinik əlaməti kimi dəyərləndirməyi tövsiyə etsə də, hələ ki, geniş tədqiqatlarla öz təsdiqini tapmayıb:

“Aparılan araşdırmalar sübut edir ki, COVİD19-a yoluxmuş xəstələrin müəyyən faizində müşahidə olunan iybilmə və dadbilmə hissinin itməsini ən yaxşı halda bu infeksiyanın yalnız qeyri-spesifik əlamətlərindən biri kimi dəyərləndirmək olar.

İybilmə və dadbilmə hissi biri-biriylə sıx əlaqəli olduğundan, iybilmənin itirilməsi zamanı insan yeməyin dadını da tam hiss edə bilmir. Yəni dadbilmə hissi də itir. İybilmə hissi tamamilə (anosmiya) və ya hissəvi olaraq (hiposmiya) itə bilər. Eləcə də qoxu soğanağının zədələnməsi, burun sinuslarının infeksiyaya cəlb olunması, depressiya və s. xəstəliklər zamanı, dizosmiya (arzuolunmaz qoxu hiss edilməsi) halı kimi iybilmə pozğunluğu da müşahidə edilə bilər.

İybilmə hissinin itməsinin səbəbləri çox müxtəlifdir. Hazırda insanlar bu problemi diqqətdə saxladığından, mən onları bir-bir nəzərinizə çatdırıram:

1. Baş beynin travmaları

2. Burnun yuxarı hissəsinin ağır travması (hətta, burnun yuxarı hissəsinin paltar asılan sancaqla kəskin sıxılması zamanı belə)

3. Yuxarı tənəffüs yolunun müxtəlif mənşəli (mikrob, virus, göbələk və s.) ağır infeksiyaları

4. Burnun sinusları və burun yollarında poliplər

5. Siqaret və ya papiros tüstüsü

6. Uzunmüddət (illərlə) müxtəlif kimyəvi vasitələrlə kontaktda olmaq (məs. pestisidlər, ammonyak və s.) və onların dövrü olaraq tənəffüs havası ilə qəbulu

7. Hormonal disbalans

8. Burun və ağız boşluğu, eləcə də, dişlərlə bağlı bəzi problemlər

9. Bəzi preparatların, məsələn intranazal (burundaxili) yolla təyin olunan sink preparatları, burundaxili ödem əleyhinə spreylər, eləcə də oral yolla qəbul olunan bəzi dərman maddələri (məs. nifedipin, fenotiazin törəmələri və s.)

10. Allergik mənşəli

11. Bəzi ağır baş beyin patologiyalarının (məs. Alsheymer xəstəliyi) inkişafı”.

Həkimin sözlərinə görə, iybilmə hissinin tədricən itməyə başlaması və inkişaf etməsi, həm də orqanizmin qocalığa doğru getdiyini göstərən əlamətlərdən biridir:

“Belə ki, iybilmə hissi 30 yaşdan 60 yaşa qədər özünün pik nöqtəsində olur. 60 yaşdan sonra, yəni, ahıllıq yaş dövrü başlayanda, iybilmənin zəifləməsi istiqamətində dəyişikliklər başlayır və tədricən inkişaf edərək, hətta çox yaşlı adamlarda tamamilə itə də bilər. Yaş həddi uzunömürlülüyə yaxınlaşan insanlar, bu hissdə müşahidə edəcəkləri hər hansı bir dəyişiklikdən ümumiyyətlə qorxmasınlar.

Belə bir statistik göstəricini də nəzərinizə çatdırmaq istəyirəm ki, iybilmə və dadbilmə hissinin pozulması təkcə yaşlı adamlarda olmur. Məsələn, bu hal yaşı 53-dən yuxarı olanların 20%-də, eləcə də 60-75 yaş arasında olan insanların 25%-də, yaşı 80-dan çox olanların isə, demək olar ki, 50%-də rast gəlinən, lakin virus infeksiyaları ilə heç bir əlaqəsi olmayan haldır. Söylədiyim yaş qruplarında olan insanlar buna görə çox narahat olmasınlar deyə, bildirmək istəyirəm ki, bu rəqəmlər heç də mütləq deyil və yaş artdıqca hamıya şamil olunmur”.

Həkim onu da qeyd edib ki, iybilmə pozğunluğu cavan insanlar arasında da kifayət qədər müşahidə olunur: “Məsələn, planetimizin yaşı 20-dən yuxarı olan əhalisinin 19%-də bu və ya digər dərəcədə iybilmə pozğunluğu vardır. Nəzərə almaq lazımdır ki, iybilmə və dadbilmə hissinin itməsi qadınlarla müqayisədə daha çox kişilərdə müşahidə olunur.

Bilmək lazımdır ki, hərgah bu hal hər hansı bir infeksiya səbəbindən baş veribsə, onun gələcəkdə bərpa olunmaması ilə bağlı qoxmaq və ya təlaş keçirmək lazım deyil. Çünki, ən ağır virus infeksiyasında belə iybilmə və dadbilmə hissi mütləq bərpa olunur.

Odur ki, iybilmə və dadbilmə hissi itdikdə, gərginlik keçirərək, onun tək səbəbini “COVİD-19”da axtarmaq düzgün deyil”.

Xəbər 1127 dəfə oxunub.



28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +