AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


14.07.2020  09:43 

ABŞ koronavirus vaksininin istehsalına başlayır





A+  A-

ABŞ əczaçılıq şirkətləri yayın sonunadək koronavirus vaksininin istehsalına başlamağı planlaşdırır.
XəzərNews.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat verib. "Peyvənd materiallarının istehsalına nə vaxt başlanacaq? Yəqin ki, dörd-altı həftədən sonra. Biz yayın sonuna qədər peyvəndi fəal şəkildə istehsal etməyə başlayacağıq",-deyə administrasiyanın nümayəndəsi bildirib. Onun sözlərinə görə, artıq lazımi avadanlıq və materiallar alınır, həmçinin istehsal üçün ərazi axtarışları davam etdirilir.

Bununla yanaşı, administrasiyadan bildirilib ki, 2021-ci ilin əvvəlinə kimi ABŞ 300 milyon doza peyvənd istehsal etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ-da koronavirus üçün dörd peyvəndin klinik sınaqlarına başlanılıb.



Xəbər 1452 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +