İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


05.07.2020  21:44 

Koronanı necə yenmək olar?





A+  A-


Yenə də bu “pandemiya”. Səbəblərini doğru-dürüst bilmədən hamı danışır, tənə edir, məsləhət verir. Onsuz da Zaman öz işini görəcək. İstəyirsən o maskanı yatanda da tax, əgər, koronanın xofu, vahiməsi sənin ruhuna “işləyibsə”, yoluxacaqsan. Bəlkə də o, heç korona olmayacaq, tamam başqa bir şey olacaq, hər nə olacaqsa, ona – qorxuya, vahiməyə təslim olacaqsan. Bütün canlı aləmlə əbədi mübarizədə olan mikrob, virus, bakteriya Adəmdən əvvəl də olub, bu gün də var, sabah da olacaq. Bəlkə də şeytanın tabeçiliyndədir. Amma bütün tabeçiliklər Allahadır. Dünyanın nizamı Onun əlindədir. Hədsiz əndişələnmək – şeytana təslim olmaq bizi daha böyük bəlalarla baş-başa qoya bilər. Biz, əndişələndikcə atılan “bioloji” silah daha təhlükəlisi ilə - ideoloji silahla əvəzlənər ki, bunun da işartıları görünməkdədir. Buraxın, bu koronanın başını, qoy çıxıb getsin işinin dalıyca.

Korona hər gün, hər saat bizlərə nələrisə öyrədir. Biz nə edirik? 1400 ildir ki, təmizliyin imandan olması bizlərə (bütün bəşəriyyətə) təlqin edilir, amma korona ortalığa çıxan kimi, yadımıza təmizlik qaydaları düşür. İnsan olan bəndəyə də təkrar-təkrar deyilərmi ki, öskürəndə ağzınızı tutun, əlinizi (sabunla) yuyun, bir-birinizin ağzına girməyin və s. İctimai yerlərdə, xüsusən də nəqliyyatda adamın üzünə 6-7 atmosfer təzyiqilə pıfıldayıb iyrənc nəfəsini püskürən, bir dəfəylə kifayətlənməyib, bir neçə dəfə düz adamın sifətinə asqıran, sonra da utanmaz-utanmaz əllərini göyə qaldırıb “ya Allah” deyənləri azmı görmüşük? Koronanın bu islaholunmazları abıra salacağına da inamım yoxdur. Allahın vacib bildiklərini - ən azından namazı, orucu icra etmirik, amma daha çox cərimələnməməyimiz səbəbindən qoruyucu vasitələrdən istifadə edirik – sonra da deyirik ki, müsəlmanıq.

Bu gün korona mövcud olan bütün xəstəlikləri “bron” edib. Öz əcəli ilə ölənləri də adına yazır, deyir ki, bu da mənlikdir, başqa virusa yoluxmağa əsla imkan vermir. Hələ ki, dünya bu “brend” virusun nazıyla oynamaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qorxu püskürtüsü nəyə hesablanıb, anlamaq olmur. 2018-ci ildə qripdən 700 minə yaxın insan öldü, bu qurumun cınqırı da çıxmadı. İndi nə olub? Hər gün üzümüzə qorxu püskürülür. Televizoru, radionu açdıqda, xəbər portallarını izlədikdə eyni sözləri eşidirik: bu qədər adam yoluxdu, bu qədəri öldü, həkim çatışmır və i.a. Burda məqsəd birdir: qorxu. İndi koronadan daha təhlükəlisi onun zina törəməsi olan qorxudur: korona fobiyası. Hər gün müxtəlif xəstəliklərdən, xüsusən də xərçəngdən, böyrək çatışmazlığından, Hepatit C-dən və s. ölənlərin sayını bilirikmi? Bu virus vardır deyə, insanları bunca vahimələndirmək, qorxu altında saxlamaq nəyə xidmət edir? “Sosial məsafə” ifadəsi sanki düşünülmüş şəkildə insanları yanlızlaşdırmaq, bir-birilərindən uzaqlaşdırmaq planına daha çox oxşayır. Ən çox müşahidə edilən odur ki, insan ruhu ilə ağlı arasında çaşqınlıq yaratmaqla onları qorxu altında daha təhlükəli virusa yoluxdurmağa çalışılır. Fəlakətə baxın, dost-dosta əl uzatmaqdan, qonşu-qonşu ilə salamlaşmaqdan ehtiyatlanır. Bəlkə də dünya yönəticilərinin ortaya atdığı o “sosial məsafə” (yalqızlaşma) buna hesablanıb: qorxu altında insanın müqavimət gücünü daha da aşağı salmaqla, onu xəstəliklərlə baş-başa qoymaq və məqsədə çatmaq.

Heç, ideoloji viruslar haqda düşünürükmü? Yaxın və Orta Şərqə üzünüzü çevirin, hər şeyi aydın görəcəksiniz. Koronadan daha artıq qurbanlar aldı və almaqda davam edir. Məqsəd də budur ki, “məqbul” bilinməyən ölkələrdə eyni dini baxışları bölüşənlər daha çox “sosial məsafədə” qalsınlar. Məzhəb virusu neçə yüz illərdir ki, “sosial məsafəni” bizlərə təlqin etmirmi? 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən olayların arxasından nələrin çıxdığını düşünün – illər sonra məlum oldu ki, o binalar necə çökdürülmüşdür. Nəticədə, Amerika xalqı şoka salındı, ardınca da bir neçə min km uzaqlıqda olan ölkələrdə düşmən axtarışına başlanıldı. Və “düşməni” tapdılar – islam dünyasınının altını üstünə çevirdilər, islama qədər olan böyük Şərq mədəniyyətini demək olar ki, yox etdilər və məqsədlərinə də çatdılar: böyük neft yataqlarını, həmçinin, “islam təhlükəsinə” görə əksər dünya ölkələrində əsas strateji obyektləri nəzarətə götürməyi bacardılar, həmin yerlərdə hərbi bazaları, əsgəri qüvvələrilə qalıcı oldular. Amma bunu insanlığın xilası üçün etdiklərini illərdir ki, beyinlərə pərçimləməkdədirlər. Bu gün də eyni vəziyyətin oxşarlığı müşahidə olunur. Amma koronanı, hətta istəsələr belə, uzunmüddətli saxlaya bilməyəcəklər və cəhənnəm olub gedəcək, xofu “miras” kimi qalıcı ola bilər və görünən budur ki, istəməsək də uzunmüddətli “qonağımız” olacaq – ona “hörmətsizlik” edilməyəcək.

İnsanlığın qayğısına qaldığını iddia edən güc mərkəzləri bəşəriyyətin ən böyük virusunu – narkomaniyanı nədən yox etmək istəmirlər. Buna xüsusi vaksin-filan da gərək deyil, qətiyyət lazımdır ki, deyəsən, o da heç zaman ortalığa qoyulmayacaq. Vaxtaşırı gözə kül üfürülür ki, böyük paraların dövriyyəsini özündən asılılığa alışdıran narkotikanın zahiri əzəmətiini aydın görə bilməyək. Amma bu bəlanı qorxunc kabusa çevirənlərin görünən və görünməyən güc mərkəzləri olduğunu külli-aləm bilir. O da bilinir ki, bu gün Əfqanıstanda savaş nəyin uğrunda gedir... Narkotikanın ən çox becərildiyi ölkələrdən olan Kolumbiya ABŞ-ın ayaqları altındarır, istədiyi an əzib keçər. Bir neçə min km uzaqlıqda olan İraqı “bəşəriyyətin xilası naminə” atom bəhanəsilə viran qoymağı bacaran bu nəhəng dövlət qonşuluqda baş verənləri “görmək” istəmir.

Koronanın nəzarətdən çıxacağına inanmıram. Hələ ki, koronanın zurnası ÜST-ün əlindədir və sərasər piləyir, yəqin, nəzarətdən çıxmayacaq. Bu qurumun da cilovu kimlərin əlindədirsə, korona da onların əlində bir vasitə kimi qalacaq: 1-ci dalğa, 2-ci dalğa... məqsədə çatıncaya qədər. Amma məqsədlərinə catacaqlarına inamım günü-gündən öləziyir. Bu “oyun” sonucda mütləq deşifrə ediləcək. Dünya həbsdən – bu şərlənmədən qurtulmaq istəyir. Mən, “virus” məsələsində Belarus prezidenti Lukaşenkoya beyət etsəm də, düşünürəm ki, Türkiyə və türk xalqı “oyun qaydalarına” təslim olmayan birincilərdən olacaq.

Bu korona bəlasından necə qurtulmaq olar? Şəxsən mənim üçün korona yoxdur, ölüb – elə doğulan gün onu dəfn etmişəm. İstəyimdən asılı olmayaraq, qadağalara düzgün və intizamlı şəkildə əməl etməyə çalışıram, amma onunla (korona) bağlı əsla düşünmürəm, düşünmək belə istəmirəm. Əgər, 3-5 gün bu haqda düşünsəm, əminəm ki, koronaya bənzər nəyəsə yoluxacağım qaçılmaz olacaq. Odur ki, korana haqda heç bir informasiyaya diqqətimi yönəltmək, o haqda kimlərləsə fikir mübadiləsi aparmaq istəmirəm, yəni mənim üçün yoxdur – hətta vardırsa belə. Şəxsim üçün nə psixoloqun, nə parapsixoloqun, nə baş infeksionistin, nə baş mollanın tövsiyələrinə ehtiyac da duymuram. Biz, korona haqda nə qədər çox düşündükcə, o da daha böyük sürətlə üzərimizə gələcək, bizə sarılacaq. Biz, onu nə qədər tez unutsaq, o da bizi bir o qədər tez tərk edəcək.

Düşünürəm ki, “Semaşko” adına Səhiyyə Nazirliyinə, onun “günüsü” olan TƏBİB-ə möhtac qalmaqdansa, qorxmamaq və Allaha sığınmaq ən düzgün yoldur. Koronanı və ona bənzərlərini bu sayaq yenmək olar. Qorxmayın, özgüvəninizi artırın və koronaya qalib gəlin: toylu-büsatlı günlər qarşıdadır – az qaldı...

Az qala unudacaqdım: Karantin dönəmində pafosla “evdə qal” deyən, amma “necə qalmanın” mümkünlüyünü doğru-dürüst göstərə bilməyən, nəslimizdən bircə nəfərə olsun belə, 190 manatlıq sədəqəni verməyə əli gəlməyən hökumətin unutqanlığını özümə dərd etməmək üçün Şeyx Nizaminin (Allaha xitabən yazdığı) bir misrasını ara-sıra zikr edirəm: Ölüm ki, Səndəndir, nə qüssə, nə qəm...

Vasif Hüseynov





Xəbər 8505 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +