Pulsuz dərman vasitələri ilə bağlı YENİLİK
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
Azərbaycanlı azarkeşlər: “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara”
Polkovnik və eks-bölmə müdiri həbsdən buraxıldı
Onlarla məzunun diplomu niyə tanınmır? - VİDEO
Dövlət qurumlarında maaş problemi - Bunu kim edir?
Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA
Azərbaycan 4 günlük iş rejiminə keçir?
Azərbaycanlılar ABŞ-dən deport olunur?
Xaricdən avtomobil alanlara qadağa qoyulur?


03.07.2020  13:28 

Deputat da Mərkəzi Bankı ittiham etdi





A+  A-

Deputat Vüqar Bayramov lisenziyası geri alınan "NBC Bank"dakı blok olunmuş vəsaitlərin əmanətçilərə qaytarılması üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən hüquqi prosedurların sürətləndirilməsi məqsədəuyğun hesab edir.
XəzərNews.az xəbər verir ki, bu barədə feysbukda yazan deputat xatırladıb ki, Mərkəzi Bank 2020-ci il yanvarın 27-dən etibarən "NBC Bank"a əmanət qəbulunu qadağan edib: "Amma Mərkəzi Bank cəmiyyətdə həmin banka olan inamı azaltmamaq üçün bu barədə o zaman xüsusi açıqlama verməyib. Bununla belə, bank rəhbərliyi qadağaya baxmayaraq əmanət qəbul etməkdə davam edib. Nəticədə bank müflis olandan sonra həmin əmanətlər “bloka alınıb”.

Birmənalı şəkildə, burada heç bir əmanətçinin günahı yoxdur, əksinə bu problem bankların idarəedilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı məsələni bir daha da aktuallaşdırır. Rusiyada olduğu kimi bizdə də bank rəhbərləri üçün məsuliyyətin artırılmasına ehtiyac var. Bütövlükdə, Əmanətlərin Sığortalanması Fondunun mövqeyi təqdirəlayiqdir və blok olunmuş əmanətlərin bu məsələdə heç bir günahı olmayan vətəndaşlara daha qısa zamanda qaytarılmasına nail olunmasına ehtiyac var".

Xəbər 2793 dəfə oxunub.




30.01.2025  11:51 

Cahit Bağçıdan vida paylaşımı

30.01.2025  01:32 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +