Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.06.2020  09:34 

Atambayev xəstəxanaya yerləşdirildi





A+  A-

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev ikitərəfli sətəlcəm diaqnozu ilə Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin istintaq təcridxanasından xəstəxanaya köçürülüb.
XəzərNews.az xəbər verir ki, bu barədə komitədən “RİA Novosti”yə məlumat verilib. Bildirilir ki, Atambayev iyunun 29-da səhhətinin pis olmasından şikayətlənib, bununla əlaqədar olaraq ondan COVID-19 üçün testlər götürülüb. Lakin cavab neqativ olub.

“Elə həmin gün həkimlərin onlayn müşavirəsi keçirildi, bundan sonra ona ikitərəfli sətəlcəm diaqnozu qoyuldu. Bununla əlaqədar Atambayevin stasionar müalicə üçün xəstəxanaya köçürülməsi qərarı verildi”, - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, iyunun 23-də Bişkekin Pervomay Rayon Məhkəməsi Almazbek Atambayevi əmlakı müsadirə edilməklə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib. O, kriminal avtoritet Əziz Batukaevin qanunsuz olaraq sərbəst buraxılmasında və korrupsiya əməllərində təqsirləndirilir.

Eks-Prezident dəfələrlə ona qarşı irəli sürülən bütün iddiaların siyasi xarakter daşıdığını bildirib.

Xəbər 3325 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +