Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


29.06.2020  15:29 

125 dollarlıq koronavirus dərmanının istehsalına başlanıldı





A+  A-

Misirin “Eva Pharma” əczaçılıq şirkəti koronavirusun müalicəsində istifadə olunan “Remdesivir” və “Favipiravir” preparatlarının istehsalına başlayıb.
XəzərNews.az “Reuters”ə istinadən xəbər verir ki, “Eva Pharma” şirkəti iyun ayının əvvəli “Remdesivir” preparatının yaradıcısı “Gilead Sciences Inc” şirkətindən dərmanın istehsalı üçün lisenziya alıb. Dərmanın ilkin mərhələdə 50 000 dozasının istehsal ediləcəyi və bir qutusunun 125 dollara satılacağı bildirilib. Şirkət Misir üzrə tələbatın tam qarşılanmasından sonra dərmanı 127 ölkəyə ixrac etməyi planlaşdırır.

Şirkət, həmçinin ayda 1 milyon həb “Favipiravir” dərmanının istehsalına da başlayıb. Şirkətin məlumatına görə, yaxın 2-3 həftə ərzində bazara çıxarılması planlaşdırılan dərmanın qiyməti ilə bağlı hələ ki, yekun qərar verilməyib.

Qeyd edək ki, ABŞ istehsalı “Remdesivir” preparatı koronavirusa yoluxmuş orta və ağır vəziyyətdə olan xəstələr üçün, “Favipiravir” preparatı isə yüngül və orta vəziyyətdə olan xəstələr üçün nəzərdə tutulub.

Xəbər 3271 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +