Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.06.2020  14:58 

İcazələrin bir hissəsi ləğv edildi





A+  A-

İcaze.e-gov.az portalında icazələrin bir hissəsi ləğv edilib.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərNews.az-a daxil olan məlumatda bildirilir:

"Məlum olduğu kimi, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

25 iyun 2020-ci il tarixində bununla bağlı Dövlət Agentliyi tərəfindən daxil edilən icazələrin nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunub. Artıq sistem vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.

Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək. İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər".

Xəbər 3112 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +