Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.06.2020  14:18 

Ermənistanda koronavirus uşaqlar arasında da yayılır





A+  A-

Ermənistanın "Mari İzmirlyan" uşaq evində 9 uşaq və 6 dayə koronavirusa yoluxublar.
XəzərNews.az xəbər verir ki, bu barədə "NEWS.am"a Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin mətbuat katibi Sona Martirosyan bildirib.

"64 nəfər testdən keçirilib, onlardan 15-nin cavabları müsbət olub. Söhbət 9 uşaq və 6 dayədən gedir”, - deyə o bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, onların səhhəti normaldır. “Uşaqlar uşaq evində, dayələr öz evlərində müalicə olunurlar", - Martirosyan əlavə edib.

Xatırladaq ki, Ermənistan hakimiyyəti ölkədə koronavirusla bağlı vəziyyətə görə antiepidemiya tədbirlərini daha da sərtləşdirmək niyyətindədir. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan hər 1 milyon əhaliyə düşən COVID-19-a yoluxma hallarının sayına görə, dünyada liderdir.

Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə üçün martın 16-dan iyulun 13-ə qədər fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə təhlükəli virusa 23,2 min yoluxma aşkarlanıb, 12,4 min pasiyent sağalıb, 410 nəfər ölüb.

Xəbər 3254 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +