ABŞ-da çimərliklər və parklar bağlanır
Bu sığorta şirkəti ləğv edilir
Bu gün 93 nəfər yoluxdu
Sabahın hava proqnozu
Maska taxmayan 35 nəfər cərimələndi
DİM abituriyentlərə güzəşt etdi
Sabah ilk qəbul imtahanı keçiriləcək
Minskdə kütləvi iğtişaşların təşkilatçıları saxlanıldı
Bərdədə kütləvi dava - 1 ölü, 3 yaralı
“Canavar” və alıcıları saxlanıldı


22.06.2020  17:26 

“Koronavirus zəifləyib və əvvəlki qədər ölümcül deyil” - Məşhur həkim





A+  A-

Yoluxucu xəstəliklər üzrə italiyalı professor Matteo Bassetti koronavirusun keçirdiyi mutasiyalar səbəbindən zəiflədiyini və ölümcül təsirinin azaldığını açıqlayıb.
XəzərNews.az “NTV”yə istinadən xəbər verir ki, mütəxəssis bu gedişlə peyvəndə ehtiyac olmadan virusun tədricən yox olacağını qeyd edib. O, bunu İtaliyada son vaxtlar müşahidə olunan koronavirus xəstələrinin vəziyyəti ilə əsaslandırıb.

Bassettinin sözlərinə görə, hazırda İtaliyada insanlar xəstəliyi nisbətən daha yüngül keçirir və əvvəlki qədər yüksək dozalarda yoluxmalar müşahidə olunmur. Onun fikrincə, buna səbəb bir neçə faktor ola bilər: Virusun genetik mutasiya ilə daha az ölümcül olması, sosial məsafə qaydaları və sağalmış xəstələrin sahib olduğu immunitet.

“80 və 90 yaşlı pasiyentlər belə yataqda sərbəst şəkildə hərəkət edir və nəfəs ala bilirlər. Eyni xəstələr bir ay əvvəl yoluxsaydılar, öləcəkdilər”,- deyə Bassetti bildirib. O qeyd edib ki, virus xüsusilə ağciyərlərə daha az zərər verən genetik mutasiyaya uğrayıb.

Ancaq dünya üzrə bir sıra digər mütəxəssislər virusun zəiflədiyinə dair iddiaların şübhəli olduğu və buna dair heç bir sübutun mövcud olmadığı qənaətindədirlər.



Xəbər 681 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.08.2020  17:03 

Bu sığorta şirkəti ləğv edilir

12.08.2020  16:35 

Bu gün 93 nəfər yoluxdu

12.08.2020  14:06 

Sabahın hava proqnozu

12.08.2020  10:36 

Koronavirusa görə daha bir QADAĞA

12.08.2020  09:38 

Neft 44 dollardan satılır

12.08.2020  08:51 

Dənizdə üzməyin faydaları


BÜTÜN XƏBƏRLƏR +